İqtisadi gündəm
“Qarabağa Amerika sülhməramlıları girəcək” – Kremldən iddia
“Qarabağdakı müharibədən keçən 20 il ərzində
Azərbaycanda Bakının hüquqlarını bərpa etməyi arzulayan “qisas
nəsli” böyüyüb”.
Publika.az-ın izvestia.ru saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmaları şərh edən Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarə rəisi Modest Kolerov deyib.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi
gözlənilən görüşə də toxunub.
Qeyd edək ki, belə bir görüşun avqustun 8-i, yaxud da 9-u baş
tutacağı barədə xəbər yayılıb. Bu barədə Ermənistan baş naziri Ovik
Abramyan bildirib.
M.Kolerovanın sözlərinə görə, bu görüş baş tutacağı halda ABŞ öz planını reallaşdırmağa çalışacaq: “Amerikanın planına görə, gərginliyin azaldılması yalnız o halda mümkündür ki, Dağlıq Qarabağ ətrafında rayonların bir hissəsi Azərbaycana geri verilsin. Bundan sonra isə Qarabağa Amerika sülhməramlıları girəcəklər. Qarabağ isə onun ətrafındakı hündürlüklərdən Azərbaycan qoşununun nişanı altında qalacaq. Beləliklə, ABŞ bilavasitə İran yaxınlığındakı müharibə meydanını İrandan alacaq. Qarabağ Yaxın Şərq üzrə Amerikanın planlarında bir hissə olacaq”.
O bildirib ki, əgər Moskva Soçidə iki prezidentin danışıqlarını
sülhlə yekunlaşdırmağı bacararsa, Minsk Qrupunun sammitində
danışıqlar başqa istiqamətdə olacaq.
Ömər Dağlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO