Türkiyə mətbuatı erməni təcavüzündən yazdı (FOTO)
Bizi izləyin

İqtisadi gündəm

Türkiyə mətbuatı erməni təcavüzündən yazdı (FOTO)

Türkiyə mətbuatı təcavüzkar Ermənistan ordusu tərəfindən atəşkəsin bütün cəbhə boyu pozulmasının səbəbləri ilə bağlı analitik məqalələrə geniş yer ayırıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etməsi məsələsini əsas mövzu kimi diqqət mərkəzində saxlayır.

Mətbuat təcavüzkar Ermənistan ordusu tərəfindən atəşkəsin bütün cəbhə boyu pozulmasının səbəbləri ilə bağlı analitik məqalələrə də geniş yer ayırıb. Türkiyənin nüfuzlu xəbər portallarından olan www.yenicaggazetesi.com.tr saytında yerləşdirilmiş “arxalı köpək qurd basar” məqaləsi də bu qəbildəndir.

Xanım jurnalist Selcan Taşçı Dağlıq Qarabağ münaqişəsinin tarixinə və keçmiş SSRİ-nin süqutu ərəfəsində yenidən ortaya çıxmasının səbəblərinə aydınlıq gətirərək yazır ki, təcavüzkar Ermənistan bütün parametrlərlə Azərbaycandan geridədir. Belə olan halda, Azərbaycan torpaqlarının işğalı barədə düşünərkən qardaş ölkənin qədim bir el məsəlini xatırlayırıq: arxalı köpək qurd basar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm