Düşmənlə üz-üzə qalan Ağdamdan reportaj – Sakinlər ordumuza tam güvənir
Bizi izləyin

İqtisadi gündəm

Düşmənlə üz-üzə qalan Ağdamdan reportaj – Sakinlər ordumuza tam güvənir

“Heç yana gedən deyilik, bu torpaqlardan çıxmayacağıq” - müxbirimiz Ağdamın Təzəkəndindən yazır

Xəbər verdiyimiz kimi, son üç-dörd gündə Ermənistan və Azərbaycan Ordusunun silahlı qüvvələri arasında intensiv atışma gedir. Müdafiə Nazirliyinin də yaydığı məlumatda qeyd olunduğu kimi, sərhəddə gedən döyüşlərdə çoxsaylı şəhidlər vermişik. “Yeni Müsavat” və digər qəzetləri təmsil edən jurnalist heyəti olaraq, artıq bir neçə sərhədyanı kəndlərdə olmuşuq. Və sizə dolğun və dəqiq informasiya verməyə çalışmışıq. Hanısı ki bu günlərdə düzgün məlumatlara oxucularımızın çox ehtiyacı var. Bu dəfə isə Ağdam rayonunun Təzəkənd kəndindəyik.

Erməni silahlılarından kilometr uzaqlıqda yerləşən Təzəkəndə gələrək buradakı vəziyyətlə maraqlandıq. Sakinlərlə görüşdük. Kənd sakinləri bir az narahat olsalar da, mövcud duruma alışdıqlarını deyirlər.

Təzəkənd kəndi düşmən ordusuna ən yaxın məntəqəmizdir. Amma buna baxmayaraq, kənd sakinləri narahatlıq hiss keçirmirlər. Jurnalistlər cəbhə xəttinə yollanmaq istəsələr də, bu mümkün olmadı. Cəbhə xəttinə gedən yolda polis tərəfindən post qurulmuşdu. Daha önə getməyə icazə vermirdilər.

Buna baxmayaraq, həmin posta yaxın bir evdə gecələməyə qərar verdik. Sakinlərdən öyrəndik ki, gündüz vaxtlarında sakitlik olsa da, gecə saatlarında intensiv atışmalar gedir. Kənddən bütün atışmanı izləmək mümkündür.

Təzəkənd kəndi Ağdam rayonunun ən kiçik kəndlərindən biridir. Kəndin 1000-ə yaxın sakini var. Ermənilərə ən yaxın evlərdən birində yaşayan kənd sakini Sərxan Mirzəyev uşaqlarını öz qohumlarına göndərdiyini deyir: “Əvvəllər də atəş səsləri eşidilirdi. Ara-sıra, kiçik çaplı silahlardan, avtomatlardan atırdılar. Amma son 10 gündə daha çox atmağa başlayıblar. Həm də iri çaplı silahlardan. Uşaqlar səsdən narahat olub, ağladıqları üçün qohumlarımın yanına göndərmişəm. Çünki ermənilərin atdığı silahların işığı, səsi uşaqları qorxudur. Amma özümüz burdayıq. Heç yerə gedən deyilik. Kənddən heç kim köçməyib. Hər kəs öz evində qalır. İşləyirik, yaşayırıq, yaşam tərzimizdə heç bir dəyişiklik yoxdur”.

“Atışma başlayandan rayon polis rəisi tez-tez kəndə gəlir. Əhali ilə maraqlanır. Bizdən problemlərimizi soruşur. Güvən verir. Deyir ki, “Narahat olmayın. Ordumuz yerindədir və güclüdür. Rahat şəkildə yata bilərsiniz. Mən özüm də səhər açılana kimi burada qalacam”” – deyərək sözlərinə əlavə etdi.

Digər kənd sakini Qubad Səfərov isə evinin erməni güllələrinə tuş gəldiyini deyir: “Dünən də sırağa gün də atışma olub. Sırağa gün daha da güclü idi. Elə silahlarla atırlar ki, atdığı mərminin işığı hər tərəfi işıqlandırırdı. Düşdüyü yeri partladır, məhv edir. Amma bu bizi qorxutmur. Mən evimdən çıxan deyiləm. Uşaqlarımı göndərmişəm qohumlarımın yanına. Çünki iri çaplı silahların səsi onları qorxudur. Psixoloji olaraq pis təsir edir. Başqa şeyə görə narahat deyiləm. Özümüzü tam təhlükəsiz hiss edirik. Çünki ordumuza güvənirik. Ordumuz çox güclüdür. Düşmən bir güllə atırsa, bizim əsgərlərimiz 10 güllə ilə cavab verirlər. Dərhal düşməni susdururlar. Əsasən gecə saatlarında atışma gedir. Gündüz sakitlik olur. Bizim evimiz düşmənə ən yaxın evlərdən biridir. Bəzən atılan güllələr evimizə tuş gəlir. Amma bu nadirən baş verir”.

“Atəş açılan zaman evin arxasında olan “akop”da gizlənirik. Həmin “akop” döyüş vaxtlarından qalıb. Mən də sökməmişəm. Çünki qaynar nöqtədə yaşayırıq. “Akop” daha təhlükəsizdir. Atışma bitənə kimi, orda dayanmağa üstünlük veririk. Ermənidən heç bir qorxumuz yoxdur. Bilirəm ki, ordumuzun heç nəyə ehtiyacı yoxdur. Amma əgər lazım olsa könüllü olaraq döyüşməyə hər zaman hazıram. Torpağımı, evimi atıb heç yerə gedən deyiləm. Ölsəm də qalsam da buradan çıxan deyiləm” – deyərək sözlərini tamamladı.

Erməni ordusuna ən yaxın evin sahibi Ramiz Quliyevin sözlərinə görə, son 17 il ərzində belə bir atışmanın şahidi olmayıb: “Son 10 gündə atışmalar intensivləşib. Amma son 3 gün daha da ağır keçib. Dünən gecə saat 12-dən səhər saat 5-ə kimi atışma gedib. Ağır silahlardan istifadə edilir. Sanki müharibə gedir. Mən 1997-ci ildən burada yaşayıram. Bu vaxta qədər belə bir atışmanın şahidi olmamışdım”.

R.Quliyev onu da bildirdi ki, gecələr yata bilmirlər: “Gecələr yata bilmirik. Səhərə qədər həyətdə oyaq qalırıq. Gündüz yatırıq. Heç yerə gedən deyilik. Torpağımızı atan deyilik. Bəzən ağır zirehli silahlardan atanda bizim evə tərəf də düşür. Bəzən isə yaxınlığa düşür. Həyat tərzimizdə isə çox da böyük dəyişiklik yoxdur. Normal yaşantımıza davam edirik”

Digər kənd sakini Vaqif Məmmədovun dediklərinə görə, çox güclü döyüşlər gedir: “Biz kənd sakinləri olaraq heç nədən qorxmuruq. Bəziləri deyirlər ki, guya köçüb gedənlər var. Elə şey yoxdur. Hamımız gördüyünüz kimi, burdayıq. Getmək fikrimiz də yoxdur. Ordu qüvvəmiz çox güclüdür. Düşmənin layiqli cavablarını çox yaxşı verirlər. Düzdür, bizdən də itkilər var. Amma ermənilərdən itki daha da çoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Məhəmməd TÜRKMƏN,

Ağdam, Təzə Kənd kəndi.

• Düşmənlə üz-üzə qalan Ağdamdan reportaj – Sakinlər ordumuza tam güvənir Yüklə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm