• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"ATƏTgərginliyin azaldılmasına səy göstərəcək"

"ATƏTgərginliyin azaldılmasına səy göstərəcək"

Cəbhə xətti boyunca bir neçə insident barədə məlumat narahatlıq üçün səbəbdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bəyanatında deyilir.

Onun sözlərinə görə, hər bir bədbəxt hadisə ailələlər və digər cəlb edilmiş insanlar üçün faciədir: "Mandatıma uyğun olaraq, tərəflərə vəziyyətin gərginliyinin azaldılmasına kömək etmək üçün onlarla, o cümlədən ən yüksək səviyyədə sıx əməkdaşlıq etməyə davam edəcəyəm. Mən və komandam tərəflərlə əməkdaşlıq çərçivəsində təşkil edilmiş monitorinq üzrə fəaliyyətimizi davam etdirəcəyik. Bunlardan sonuncusu avqustun 1-də baş tutub".

O qeyd edib ki, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində hər bir monitorinq zamanı onlar atəşkəs rejiminin pozulması və ümumi vəziyyət üzrə müvafiq məlumat alırlar, lakin vəziyyəti yalnız bir müəyyən yerdən müşahidə edirlər: "Biz, həmçinin qarşılıqlı maraq doğuran və gərginliyin azaldılması ilə bağlı məsələlərin həllində yerli komandirlərə kömək göstəririk. Monitorinqin nəticələri üzrə məruzəni ATƏT sədrinin idarəsinə və Minsk qrupunun üzvlərinə təqdim edirik. Hadisələr haqqında hesabatlar, həmçinin mənim idarəmdən ATƏT-in müvafiq strukturlarına ötürülür".

O vurğulayıb ki, onlar nəzarət və ya nəticələr üzrə müvafiq tədbirlərin gedişatı haqqında ictimai məlumat vermirlər: "Bu barədə mətbuatın istənilən məlumatı tərəfimdən alınmış informasiyaya əsaslanmır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR