• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Giorgi Marqvelaşvili cəbhədəki vəziyyətə münasibət bildirdi

Giorgi Marqvelaşvili cəbhədəki vəziyyətə münasibət bildirdi

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Ermənistan ilə Azərbaycanın cəbhə xəttində baş verən gərginliklə bağlı münasibət bildirib.

Axar.az xəbər verir ki, Marqvelaşvili iki ölkənin ortaq məxrəcə gələ biləcəklərindən əmin olduğunu deyib.

Marqvelaşvili Gürcüstanın iki qardaş ölkəsi arasında yaranan gərgin vəziyyətdən narahat olduğunu, bölgədə durumun stabilləşməsi istiqamətində çağırışlara dəstək verdiyini bildirib:

“Stabillik Ermənistan, Azərbaycan və bütün bölgə üçün çox əhəmiyyətlidir. Regional sabitliyə hamımızın ehtiyacı var. İki ölkə arasındakı dialoq davam etməli və onların ortaq həll yolu tapacaqlarından əminəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR