Ovanisyan cəbhədəki hadisələrə görə Sərkisyanı tənqid etdi
Bizi izləyin

İqtisadi gündəm

Ovanisyan cəbhədəki hadisələrə görə Sərkisyanı tənqid etdi

Ermənistanda müxalifətdə olan “İrs” partiyasının sədri, prezidentliyə keçmiş namizəd Raffi Ovannisyan Sərkisyan iqtidarının həyata keçiridiyi siyasəti sərt tənqid edib.

Axar.az xəbər verir ki, o, bunu bir neçə faktla əsaslandırıb.

Onun sözlərinə görə, təmas xəttində baş verən hadisələr göstərdi ki, Ermənistanda dəyişikliyə və yeni vəziyyətə böyük ehtiyac var: ”Ermənistanda yeni vəziyyətə ehtiyac var. Rusiyanın, Kollektiv Təhlükəsilik Müqaviləsi üzvləri və digər müttəfiqlərimizin səssiz qalması hazırkı iqtidarın zəifliyi ilə əlaqədardır. Bəzi sahələrdə sərbəstliyimizi qurban vermişik. İqtidar özünü elə təqdim etməliydi ki, müttəfiq ölkələr düşmənə milyardlarla silah satmasın. Rusiyanın Azərbaycana müasir silahlar satması buna nümunədir. Hesab edirəm ki, biz ilk növbədə milli maraqlarımızı öz daxilimizdə -Ermənistan, diaspor və Artsax arasında qorumalıyıq. Bunun üçün isə ölkədə qanunun aliliyinə əməl olunmalıdır. Əmin olun, bunun üçün əlimizdən gəlini həyata keçirəcəyik”.

Xatırladaq ki. Ermənistanda keçirilən son prezident seçkilərində Ovannisyan Serj Sərkisyanın əsas rəqiblərindən idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm