İqtisadi gündəm
Atəşkəs Misir mətbuatında
2014-cü ilin 31 iyul-1 avqust tarixlərində Ermənistan və
Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş vəziyyətlə bağlı
Azərbaycan Respublikasının Misirdəki səfirliyinin Azərbaycanın
Müdafiə Nazirliyinə istinadən yaydığı bəyanat Misirin bir çox
internet saytlarında dərc olunub.
Səfirlikdən verilən məlumata görə, bəyanatda Ermənistan silahlı
birləşmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi
pozaraq, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa
cəhd göstərdikləri bildirilib və baş verən qarşıdurmalarda
Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olduğu qeyd
olunub. Həmçinin bəyanatda iyulun 31-dən avqustun 1-ə keçən gecə
erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları
ərazisində qoşunların təmas xəttini keçmək istədikləri və
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində
düşmənin səngərlərə yaxınlaşmasının qabaqcadan aşkar edilərək,
təxribatın qarşısının alındığı deyilir. Ermənistan tərəfindən
atəşkəsin pozulmasına Azərbaycan silahlı qüvvələrinin verdiyi cavab
atəşi nəticəsində erməni hərbi bölmələrinin xeyli itki verərək geri
çəkilməyə məcbur edilmələri barədə məlumatlar da bəyanatda öz
əksini tapıb.
Bəyanat aparıcı Yaxın Şərq Xəbərlər Agentliyində və populyar
internet saytlarda dərc edilib.
AzərTAc
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR