Türkiyədən bəyanat: “Yeni "Xocalı" yaşanmayacaq”
Bizi izləyin

İqtisadi gündəm

Türkiyədən bəyanat: “Yeni "Xocalı" yaşanmayacaq”

Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda bu günlərdə cəbhə xəttində yaşanan dəhşətli hadisələrə toxunularaq Ermənistanın işğalçı siyasəti pislənib:

“Bu işğalçı qurum bilməlidir ki, yeni "Xocalı"lar yaşanmayacaq. 1990-cı illərdə işğal etdikləri torpaqlar əsla daimi onlarda qalmayacaq. Azərbaycan dövləti güclü, suveren bir dövlətdir. Özünü müdafiə edəcək hərbi qüvvələrə malikdir. Azərbaycan əsgəri döyüşü keçmişində aldığı əxlaqi dəyərlərlə edər, əsla sadə vətəndaşları hədəf almaz və uşaqlara qarşı silahdan istifadə etməz”.

Bəyanatda indiki daşnak rəhbərliyi sülhün qarşısında ən böyük maneə adlandırılıb:

“Sülhü təmin etmək bir yana, atəşkəsi təmin etmək iqtidarında olmayan, müharibəni, qətliamı dəstəkləyən bir rəhbərlik heç zaman sərhədlərin açılmasını tələb edə bilməz. Hər zaman olduğu kimi erməni xalqına da deyirik ki, sizi sonu görünməyən bir tunelin içinə sürükləyən bu faşist, irqçi, daşnak rəhbərliyindən xilas olun. Çünki Qafqazda sülhün qarşısında ən böyük maneə bu daşnak rəhbərliyidir”.

Qeyd edək ki, bəyanat Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvləri - İstanbul Azərbaycanla Həmrəylik Dərnəyi, Ankara Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Muğla Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Yalova Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Qars Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəkləri, İğdır Azərbaycan Evi Dərnəyi, Beynəlxalq Azərbaycan Mədəniyyət Dil-Tarix Araşdırma Mərkəzi və Kuşadası Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm