ATƏT: "Qarabağ münaqişəsinin nizamlanmasına yenidən baxılmalıdır"
Bizi izləyin

İqtisadi gündəm

ATƏT: "Qarabağ münaqişəsinin nizamlanmasına yenidən baxılmalıdır"

Beynəlxalq ictimaiyyət və xüsusilə, ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə yenidən nəzər salmalıdır.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş deyib.

O, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ölüm faktlarından dərin narahatlığını ifadə edib və münaqişənin bütün tərəflərini sülh nizamlanmasına sadiqliklərini bir daha təsdiq etməyə çağırıb.

S.Suareş bildirib: "Dağlıq Qarabağda və ətraf ərazidə təhlükəsizlik vəziyyətinin pisləşməsi və hazırkı eskalasiya bir daha nümayiş etdirdi ki, dünya 20 ildən çox müddətdir "dondurulmuş" qalan münaqişəni qəbul edə bilməz. Bütün tərəflər xüsusilə mülki şəxslərə qarşı daxil olmaqla, zorakılıq və təxribat aktlarından çəkinməlidirlər və təcili surətdə diplomatik nizamlanmaya sadiqliklərini təsdiq etməlidirlər. Azərbaycan və Ermənistan prezidentləti bu həftə Soçidə görüşməlidirlər".

O, əlavə edib ki, beynəlxalq ictimaiyyət və xüsusilə ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə yenidən nəzər salmalıdır və reallaşdırıla biləcək yeni ideya və mexanizmləri gözdən keçirməlidirlər.

Xüsusi nümayəndə PA-nın bu yaxınlarda Bakıda keçirilmiş illik sessiyasında erməni nümayəndə heyətinin iştirak etdiyini qeyd edib və hər iki ölkə hökumətini öz aralarında və cəmiyyətlər arasında dialoqun parlament və digər formalarını dəstəkləməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm