• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Erməni hakerlərin hücum planı

Erməni hakerlərin hücum planı

Son günlər təmas xəttində baş verən atışmalar erməni hakerlərini aktivləşdirib.

ANS TV-nin məlumatına görə, erməni hakerlər informasiya saytlarının açıq “İP” ünvanlarından hücumlar edirlər. Artıq 5 gündür ki, “ANSPRESS”, “APA” və “Virtualaz.org” informasiya saytları dəfələrlə hücuma məruz qalıb. Ermənistan hakerləri bu hücumları təşkil etməklə saytlara daxil olanlara mane olur və burada verilən informasiyaların bazasını dağıtmaq istəyir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə məsələ ilə bağlı müraciətləri nəzərə alaraq gücləndirilmiş iş rejiminə keçib.

Elektron təhlükəsizlik mərkəzinin rəsmisi Rəşad Əliyevin sözlərinə görə, mərkəz olaraq bizlər, haker hücumlarının hansısa qrup və ya təşkilat tərəfindən edildiyini dərhal müəyyən edə bilirik: “Son vaxtlar haker hücumları ilə bağlı mərkəzə edilən müraciətləri nəzəra alaraq gücləndirilmiş iş rejiminə keçilib. Məqsəd isə yarana biləcək problemi operativ şəkildə ortadan qaldırmaqdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR