Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələrindən Azərbaycana dəstək
Bizi izləyin

İqtisadi gündəm

Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələrindən Azərbaycana dəstək

Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri ilə əlaqədar xalqımıza dəstək vermək məqsədilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suver, ehtiyatda olan general - mayor Necdet Timur, ehtiyatda olan general –polkovnik Yüksel Önel və digər şəxslərdən ibarət geniş nümayəndə heyəti ölkəmizin İstanbuldakı baş konsulluğunu ziyarət edib.

Qonaqları səmimiyyətlə salamlayan baş konsul Həsən Zeynalov son günlər Ermənistan tərəfindən atəşkəs rejiminin daha intensiv şəkildə pozulmasının səbəbləri, Azərbaycanın sürətli inkişafının regional proseslərə təsiri və digər məsələlərdən bəhs edib. Türkiyə ictimaiyyəti tərəfindən bütün dövrlərdə Azərbaycana geniş dəstək verildiyini diqqətə çatdıran baş konsul bildirib ki, iyulun 31-dən bəri Türkiyənin tanınmış ziyalıları, media təmsilçiləri, elm və mədəniyyət xadimləri, sadə vətəndaşlar Azərbaycana olan tükənməz sevgi və məhəbbətlərini, qardaş dəstəklərini müxtəlif formalarda çatdırırlar.

Onlar baş konsulluğa gəlir, Azərbaycan ilə tam həmrəy olduqlarını xalqımıza çatdırmağı xahiş edirlər. Dağlıq Qarabağ probleminin tarixi və keçmiş SSRİ-nin süqutu ərəfəsində yenidən ortaya çıxmasının səbəblərinə toxunan H.Zeynalov bildirib ki, ermənilər vasitəsilə Azərbaycana qarşı həyata keçirilən ərazi münaqişəsi və uydurma “erməni soyqırımı” məsələsi bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bu problemlər bundan sonra da maraqlı qüvvələr tərəfindən qaldırılacaqdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsi ilə uydurma “erməni soyqırımı”nı biri-birindən ayırmadan düşmənə qarşı informasiya cəbhəsində mübarizə daha da əlaqələndirilmiş formada aparılmalıdır.

Bu istiqamətdə atılan addımlar mövsümü xarakter daşımamalı, bütün təsirli vasitələrdən istifadə olunmalıdır. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasının Türkiyə ictimaiyyəti tərəfindən böyük kədər və etirazla qarşılandığını diqqətə çatdıran professor Akkan Suver bildirib ki, Ermənistan rəhbərliyi baş verən hərbi cinayətə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Son illər Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan qürur duyduqlarını ifadə edən yüksək rütbəli keçmiş hərbiçilər N.Timur və Y.Önel bildiriblər ki, Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməyə qadirdir və Türkiyə ictimaiyyətinin bütün təbəqələri, o cümlədən ehtiyatda olan hərbçilər hər zaman Azərbaycan xalqını dəstəkləyirlər.

Çıxışlarda qeyd olunub ki, kənar qüvvələrin təsiri və özlərinin xislətindən irəli gələn əsassız iddialarla Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən erməni millətçiləri və təcavüzkar Ermənistan dövləti Azərbaycan tərəfinin sülh çağırışlarına və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına göstərdiyi səylərə dəyər vermir. Son günlər təcavüzkar Ermənistanın hərbi birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması və onun ağır nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfini sülh danışıqları cəhdlərindən yayındırmaq məqsədi daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm