Ermənilər yenidən Ağdamda və Tovuzda atəşə başladı
Bizi izləyin

İqtisadi gündəm

Ermənilər yenidən Ağdamda və Tovuzda atəşə başladı

Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar.

ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini şiddətli atəşə tutublar.

Ağdamın Çıraqlı kəndi hazırda intensiv atəşə tutulur. Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir.

Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb.

İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur.

Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur.

Bir saata yaxındır ki, Tovuzun Əlibəyli kəndində döyüş gedir.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Tovuz rayon Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova verib.

Onun sözlərinə görə, döyüş bir saat öncə başlayıb. Hazırda kənddə vəziyyət çox gərgindir. Əməlli-başlı döyüş gedir.

Hər iki tərəfdən iri çaplı silahlardan atəş açıldığı bildirilir.

Cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli daim düşmən hücumlarına məruz qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm