• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Millət vəkilindən Qarabağla bağlı maraqlı təklif

Millət vəkilindən Qarabağla bağlı maraqlı təklif

“Qarabağ savaşı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün mütləq humanist istiqaməti qabartmaqla yaxşı film ortaya qoymaq lazımdır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında çıxış edib.

O bunun cəmiyyətimizdə birmənalı qarşılanmaya biləcəyini və təşəbbüs göstərənlərin olacağını zənn etmədiyini bildirib:

“Çünki söhbət həm də yüksək vəsait ayırmaqdan gedir. Azərbaycan kinemotoqrafçılarının çəkdiyi filmlər, bizim cəmiyyətdə, hardasa Türkiyə və İranda rəğbət qazana bilər, ancaq Avropa və başqa məkanlarda tərəfliliyi diqqət çəkəcək. Ona görə də bu filmlərin təyinatı əsasən öz cəmiyyətimizdə ruh yüksəkliyi yaratmaq, savaş ovqatını formalaşdırmağa xidmət edə bilər. Bu baxımdan da istər "Fəryad", "Xoca", istər də "Dolu" filmlərinin süjeti maraqlıdır”.

Millət vəkilinin fikrincə, Aqil Abbasın obrazları müharibə haqqında real təsəvvür yaratmağa imkan verir.

“Bütün hallarda uğurlu bir layihədir. Sadəcə, sonluqla bağlı qısa bir iradım var. Sonluqda "Yeddi oğul istərəm" filmindəki epizoda bənzər bir hərəkət diqqəti çəkir. Sağ qalan Bəxtiyar gedir, ardınca bir-bir ruhlar qoşulur. Burada da komandir bir uşağın xəbərdarlığına rağmən, Ağdama gedən bağlı yola doğru addımlayır və ruhlar da ona qoşularaq addımlayırlar.

Y.Səmədoğlunun ssenarisində atlılar, silahla müəyyən məqsədə doğru (hərçənd ki, onların məqsədləri batil idi) irəliləyirlər. "Dolu" filmində isə yürüyən, silahsız ruhların ermənilərə doğru irəliləyişinin mənasını açmaq olmur. Əliyalın hara gedirlər? Barışığamı? Məncə, dostum Aqil Abbas daha fərqli epizodla tamamlaya bilərdi. Məsələn, komandir, mina sahəsindən keçərək hansısa erməni səngərində son qumbarasını partladaraq düşmənlə birlikdə şəhid ola bilərdi. Rusların savaş filmlərində bu istiqamətdə uğurlu sonluqları var. Məşhur "Sakit üfüqlərdə" filmində komandirin ölən qadın əsgərlərinin intiqamını almaq üçün alman səngərinə girib əsir götürdüyü epizod kimi... Yəni nəticə filmin ideyasını hansısa formada tamamlamalıdır”.

F.Mustafa indiyənədək çəkilən filmlərin Qarabağ savaşı ilə bağlı həqiqətləri Asiyada kifayət qədər tanıda bildiyini və indi də bu həqiqətlərin Avropada, bütün dünyada tanınması üçün böyük vəsait ayıraraq yeni filmlər çəkməyin vacibliyini vurğulayıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR