Finlandiya azərbaycanlıları Qarabağla bağlı hərəkətə keçdi
Bizi izləyin

İqtisadi gündəm

Finlandiya azərbaycanlıları Qarabağla bağlı hərəkətə keçdi

“Finlandiya kimi humanist bir dövlətin baş vermiş hadisələrə biganə qalmayacağına və insan tələfatına səbəb olan bu təxribatlara obyektiv qiymət verəcəyinə inanırıq”.

Axar.az xəbər verir ki, bu sözlər Finlandiya Azərbaycan Assosiyasiyasının üzvləri ilə bir qrup fin deputatın görüşündə səsləndirilib.

Qeyd edək ki, təşkilat nümayəndələri ilə Finlandiya Parlamentinin bir qrup deputatı arasında görüş keçirilib. Görüş zamanı diaspor fəalları son günlər Ermənistan ordusunun bölmələrinin qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın etməsi və düşmən ölkənin kəşfiyyat-təxribat qruplarının cəhdlərini parlament üzvlərinin diqqətinə çatdırıblar.

Finlandiya Azərbaycan Assosiasiyasının təmsilçiləri baş vermiş hadisələrə beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin biganə qalmasından təəssüf hissi keçirdikləri bildiriblər. Onlar Finlandiya kimi humanist bir dövlətin baş vermiş hadisələrə biganə qalmayacağına və insan tələfatına səbəb olan bu təxribatlara obyektiv qiymət verəcəyinə inandıqlarını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm