İqtisadi gündəm
Deputat cəbhədəki hadisələrdə Rusiyanı ittiham etdi
"Cəbhə xəttində hazırda lokal döyüşlər gedir, bu baxımdan Azərbaycanda siyasi partiyaların fəaliyyətinin dondurulması real görünmür".
Bu fikirləri Böyük Quruluş Partiyasının başqanı, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, əgər ölkədə tam fövqəladə vəziyyət elan
edilərsə, bu halda siyasi partiyaların və ictimai təşkilatların
fəaliyyəti dayandırıla bilər.
Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü cəhbədə baş verən
hadisələrə də toxunaraq bildirdi ki, bütün bunlar Rusiyanın özü
üçün yaratdığı yeni bir ssenaridən xəbər verir: "Əslində bu lokal
döyüşlərin özü heç Ermənistanın xeyrinə deyil, çünki rəsmi İrəvan
geniş ərazidə müharibə aparmaq iqtidarında deyil. Erməni istədiyi
torpağı tutub, orda oturub. İrəliləmək fikirləri də yoxdur. Torpağı
almaq istəyən, irəli getmək fikrində olan bizik. Açıq-aşkar görünür
ki, bu, Rusiyanın iki prezidentin görüşü ərəfəsində özünə daha çox
ehtiyac duyulması baxımından yaratdığı süni bir vəziyyətdir. Son
günlər cəbhədə gedən atışmalar göstərdi ki, Azərbaycan ordusu
ermənilərə layiqli cavab verdi. Ermənilərin irəliləyiş əldə
etməsinə imkan vermədi. İndi düşmən bildi ki, əvvəlki dövrlərdə
olduğu kimi rahatlıqla Azərbaycan torpağını ələ keçirə bilməz.
Əksinə biz torpaqları geri almaq üçün daha ciddi addımlar
atmalıyıq. Bölgədəki vəziyyətin əsas izahı bundan ibarətdir. Bütün
Azərbaycan xalqı ordumuza dəstək verməlidir ki, yeni-yeni
qələbələrə nail olaq".
Azərbaycan Respublikası Milli Məclisinin deputatı əlavə edib ki,
əsas hədəfimiz 1-2 postu götürmək deyil, əsas hədəfimiz Dağlıq
Qarabağ və onun ətrafında işğal edilən rayonlarımızı azad
etməkdir.
"Biz indi qarşımıza qoyduğumuz bu əsas hədəfdən yayınmamalıyıq və
kiçik ölçülü uğurlara sevinməməliyik. Biz özümüzü böyük uğurlara
sevinmək üçün hazırlamalıyıq. Ermənilər isə bütün dünyaya car çəkir
ki, Dağlıq Qarabağda onların hüquqları pozulur. Belə olan halda
onların ətraf rayonlarda nə işi var. Onların hər mənasız bəhanəsinə
isə biz beynəlxalq şəraitdən istifadə edərək layiqli cavab
verməliyik" - deyə, Fazil Mustafa bildirib.(ANS)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK