• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiyalı ekspert: “Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi təhlükəsi artır”

Rusiyalı ekspert: “Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi təhlükəsi artır”

“Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi təhlükəsi artır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı ekspert Sergey Markedonov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələri şərh edərkən deyib.

Ekspert hazırkı mərhələdə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalının olduqca yüksək olduğunu bildirib. Onun sözlərinə görə, gərginliyin yalnız Qarabağ-Azərbaycan xəttində deyil, həm də Ermənistan-Azərbaycan sərhədində yaranması təhlükəni artırır. S.Markedonovun fikrincə, gərginliyin Azərbaycan-Ermənistan sərhədində də artması münaqişənin beynəlmiləlləşməsinin təhlükəsini yaradır. Onun sözlərinə görə, Qarabağ münaqişəsinə hazırda postsovet məkanındakı hərbi-siyasi inteqrasiya böhranı kimi baxılır.

“Gərginlik o baxımdan təhlükəlidir ki, o postsovet məkanının yenidən format edilməsi uğrunda Qərb və Rusiyanın arasında dərin qarşıdurma dövründə baş verir. Ümumi diplomatik dialoq yoxdur”, - Sergey Markedonov deyib.

Soçidəki görüşün Rusiya sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi ilə bağlı razılıqla başa çatma ehtimalına gəlincə, rusiyalı ekspert tərəflərin buna razılıq verəcəyini düşünmür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR