Ermənistanın Putinə təqdim etdiyi müqavilə...
Bizi izləyin

İqtisadi gündəm

Ermənistanın Putinə təqdim etdiyi müqavilə...

Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq üçün müqavilə imzalanması təklifi Rusiya Prezidenti Vladimir Putinə təqdim edilməmişdən öncə müzakirə ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Nazirliyinin rəsmi saytında bildirilib.

Mətbuat xidmətində yer alan məlumatda bildirilir:

“Bu müqavilə Ermənistanın Gömrük İttifaqına üzvlük şərtləri ilə bağlı RF, Belorus və Qazaxıstan respublikaları arasındakı razılaşmanı təyin edən təməl sənəddir”.

Qeyd edək ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra Qazaxıstan Xarici işlər naziri Erlan İdrissov Ermənistan və Qırğızıstanın təqvimə uyğun olaraq birliyə üzv olacaqlarını açıqlamışdı. İdrissov Qırğızıstanın Ermənistandan öncə birliyə qoşulacağını, yalnız texniki məsələlərin müzakirə edildiyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm