Ermənistanda aksiya: Qarabağa görə Rusiya suçlandı
Bizi izləyin

İqtisadi gündəm

Ermənistanda aksiya: Qarabağa görə Rusiya suçlandı

Azərbaycan-Ermənistan ordularının təmas xəttində baş verən atışma və əsgər ölümlərinə qarşı İrəvanda bir qrup ictimai xadim “Müharibəyə yox!” adı altında aksiyası keçirib.

Axar.az ekpress.az-a istinadla xəbər verir ki, aksiya iştirakçıları Respublika meydanı – Rusiya səfirliyi – Maştoç prospekti – Azadlıq meydanı istiqamətində irəliləyiblər. Aksiya ilə bağlı Feysbukda yaradılmış çağırışda deyilib:

“Ermənistan-Azərbaycan təmas xəttində yenidən gərginlik artıb, atəşkəs rejiminin elan olunması müşahidə olunmur, əvəzində isə daimi atışma, təxribat və hər iki tərəfdən qurbanlar artır. İnsan həyatı qiymətlidir və o siyasətçilər və yüksək instansiyalarda qərarlar qəbul edən dövlət rəhbərlərinin monopoliyasına tabe ola bilməz. Buna görə də hər iki ölkə ictimaiyyəti siyasi qərarlardan təcrid olunub. Biz bildiririk ki, qurbanlara görə Azərbaycan və Ermənistan hakimiyyəti, eləcə də regionda maraqları olan üçüncü qüvvələr məsuliyyət daşıyır”. Aksiya iştirakçıları Rusiyanı belə oyunçulardan hesab edərək, Moskvanı son 100 ildə xalqlar arasında düşmənçilik və nifrət, regionda konflikt yaratmaqda ittiham ediblər. Günahkarlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyanı öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri elan olunub. Bəyanatda qeyd olunub ki, həmsədrlər qan tökülməsinin qarşısının alınmasında, ilk növbədə snayperlərin geri çəkilməsində qəti addımlar atmalıdır.

“Biz müharibənin və konfliktin güc yolu ilə həllinin əleyhinəyik. Hər iki ölkə ictimaiyyəti öz nümayəndələri vasitəsilə münaqişənin həlli istiqamətində ictimai diskussiyaların aparılması üçün meydan yaratmalıdırlar. Biz sülh istəyirik!”, - deyə bəyanatda bildirilib. Təşəbbüs qrupuna ölkənin bir sıra tanınmış ictimai xadimləri qoşulublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm