Ermənistan peşəkar diversantını ruhi xəstə adlandırdı
Bizi izləyin

İqtisadi gündəm

Ermənistan peşəkar diversantını ruhi xəstə adlandırdı

Ermənistanın Tavuş vilayətinin Nerkin Karmiraxbu kəndinin nümayəndəsi Manvel Komendatyan sərhədlərin yüksək səviyyədə qorunduğunu, bu və digər səbəbdən təmas xəttini keçən şəxslərin psixikasında müəyyən problemlərin olduğunu vurğulayıb.

Axar.az xəbər verir ki, o, bu barədə erməni media mənsublarının suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, özünə hörmət edən şəxs sərhədi keçmək kimi riskə getməz:

"Ağıllı adam sərhədi keçməyi düşünməz. Bu addımları atmaq istəyən şəxslər varsa, deməli, onun psixikasında ciddi problemlər mövcuddur. Başqa məqam isə onların fiziki qüsurlu insanlar olmalarıdır. Yəni onlar hətta qadağan olunan işarəni oxumaqda çətinlik çəkirlər".

Xatırladaq ki, bu gün Tovuz rayonunda saxlanılan erməni diversantın nə zahiri, nə də ünsiyyət qurmaq məqamında hər hansı problemin olmadığı aşkar görünür. Ermənistan rəsmiləri isə bütün vasitələrlə diversant və ya bələdçi olduğu ehtimal olunan Qriqoryanı “xəstə” çıxarmağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm