
Son günlər təmas xəttində baş verənlərlə bağlı
Azərbaycanın Moskvadakı səfirliyinin binası qarşısında aksiya
keçirilib.
Bu barədə ANS PRESS-ə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat
mərkəzindən məlumat verilib.
Aksiyanın təşkilatçısı kimi “Azərbaycan Moskva cəmiyyəti” çıxış
edib. Aksiyada yığışan 40-a yaxın aksiyaçı prezident İlham Əliyev
siyasətini dəstəklədiklərini və Azərbaycan xalqı ilə həmrəy
olduqlarını nümayiş etdiriblər.
Aksiya iştrakçıları rəsmi İrəvanın işğalçı siyasətini və
ermənilərin azğınlıqlarını kəskin şəkildə tənqid ediblər.