Paruyr Ayrikyan: “Müharibələrin səbəbkarı ilə sülh mümkün deyil”
Bizi izləyin

İqtisadi gündəm

Paruyr Ayrikyan: “Müharibələrin səbəbkarı ilə sülh mümkün deyil”

“Müharibələrin səbəbkarı olan Rusiyanın iştirakı ilə sülhün əldə edilməsinə ümid etmək olmaz”.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri Paruyr Ayrikyan Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə gözlənilən görüşünü şərh edərkən deyib.

"Son vaxta kimi bu məsələ barədə müəyyən şübhələr var idi. Amma son zamanlar çox güman ki, başqa fikir mövcud deyil. Artıq hamı əmindir ki, indiki vəziyyət Rusiya əlverişlidir və Rusiya bugünkü gərgin vəziyyəti saxlamağa çalışır. Rusiya prezidentinin himayəsi altında prezidentlərin görüşü olacaq, ya olmayacaq, Soçidən hər hansı müsbət gözləntilər yoxdur”, - Paruyr Ayrikyan vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm