“Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik”
Bizi izləyin

İqtisadi gündəm

“Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik”

Kişineuda moldovalı alim, tarix elmləri doktoru Ruslan Şevçenkonun “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik” kitabı nəşr olunub. Nəşrin elmi redaktoru hüquq elmləri doktoru, professor Namiq Əliyevdir.

Kitabda müəllif zəngin material əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə müraciət edir, onun mənbələri və hazırkı vəziyyət barəsində məlumat verir. Azərbaycanın Ermənistan tərəfindən sürükləndiyi 1988-1994-cü illər müharibəsinə xüsusi diqqət yetirilir. Müəllif uzun, bu günədək davam edən, səmərəsiz danışıqlar prosesindən söz açır. Dünya birliyi, vasitəçilər beynəlxalq hüquq normalarını təsdiq edərək praktikada ikili standartları əldə rəhbər tuturlar ki, bu da münaqişənin sülh yolu ilə həllinə mane olur.

Kitaba əlavələrdə tarixi materiallar, eləcə də dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzü pisləyən beynəlxalq hüququ sənədlər tapmaq olar.

Ruslan Şevçenko həm Azərbaycan, həm də Ermənistan mənbələrindən, arxiv materiallarından istifadə edir, onların əsasında dəqiq və məntiqli şəkildə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıqlayır.

Kitab müəllifin münaqişəyə obyektiv baxışını əks etdirir.

Nəşr geniş oxucu kütləsi, xüsusilə, siyasətçilər, tarixçilər, hüquqşünaslar, jurnalistlər üçün maraq kəsb edir.


AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm