İqtisadi gündəm
Rusiya Azərbaycana hərbi texnika göndərir
Rusiyanın “Uralvaqonzavod” müəssisəsi (UVZ) yaxın
günlərdə Azərbaycandan aldığı sifariş üzrə hərbi texnikanın yeni
partiyasını Bakıya göndərəcək.
Azərbaycana göndəriləcək hərbi texnikanın arasında TOS-1A
“Solntsepyok” ağır odatanlarının (oqnemyotnaya sistema) 6 maşından
ibarət ikinci partiyası yer alacaq.
Bundan başqa, müəssisə Azərbaycanın sifariş verdiyi TMM-6
mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam
maşınlarının ilk partiyasını Azərbaycana göndərir. Azərbaycana ilk
olaraq 3 ədəd İMR-3M yola salınacaq.
TOS-1A “Solntsepyok” ağır odaatanlarının atəş məsafəsi 6 min metr,
bir raketin məhvetmə sahəsi isə raketin tipindən asılı olaraq 25
min kvadratmetrdən 40 min kvadratmetrədəkdir (2.5-4 hektar).
Qeyd edək ki, Azərbaycan 2011-ci ildə UVZ müəssisəsinə 100 ədəd
T-90S tankı, 100 ədəd BMP-3M, 18 ədəd 2S31 “Vena”, 18 ədəd 2S19
“Msta-S” özüyeriyən haubitsası, 18 ədəd TOS-1A “Solntsepyok” ağır
odaatanı, həmçinin TMM-6 mexanikiləşdirilmiş körpüləri, MTU-90M
tank körpüsalanları, bu il isə İMR-3M mühəndis istehkam maşınları
sifariş verib. /axar.az/
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO