İlham Əliyev və Serj Sarkisyanın görüş tarixi açıqlandı
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev və Serj Sarkisyanın görüş tarixi açıqlandı

Münaqişənin həlli istiqamətində danışıqlar gedəcək”.

Azərbaycan və Ermənistan prezidentləri sabah Soçidə görüşəcəklər.

Bu barədə Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter səhifəsində yazıb

PA rəsmisi qeyd edib ki, artıq Soçidədirlər:

“Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya Prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər. Sabah isə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq.”

N.Məmmədov bildirib k, Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcək.

Onun sözlərinə görə, danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaq.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gedib. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm