• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Soçi görüşü bizə əlavə problem yaradacaq”

“Soçi görüşü bizə əlavə problem yaradacaq”

Gəlin, əvvəlcə müəyyən edək ki, prezidentlərin Soçi görüşü kimə lazımdır və hansı məqsədə xidmət edir, bunun təşkil edilməsinin əsas səbəbi nədir?“

Bu sözləri Soçi görüşü ilə bağlı Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Ərəstun Oruclu deyib. O bildirib ki, Rusiya hamıyla şantaj dili ilə danışır və bu görüşdə də məqsədi Qafqazda maraqlarını təmin etməkdir.

Ərəstun Oruclu Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Rusiya Prezidenti Vladimir Putinlə birgə keçiriləcək görüşdə əsas hədəfin Dağlıq Qarabağ münaqişəsi olmadığına əminliyini bildirib:

“Kremlin məqsədi ancaq Avrasiya İttifaqı ilə bağlıdır. Ona görə də hesab edirəm ki, Soçi görüşü bizə əlavə problem yaradacaq, nəinki problemlərimizi həll edəcək. Çünki bu görüş heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət etmir və edə də bilməz. Çünki Rusiyanın məqsədi münaqişənin həllində irəliləyişə nail olmaq deyil. Xüsusilə də Putinin heç zaman belə bir fikri olmayıb. Necə ola bilər ki, ilk 8 illik prezidentliyi zamanı münaqişənin həlli üçün heç bir addım atmayan Putin indi problemin çözülməsinə cəhd etsin? Bəli, bu, Putinin fəndidir. Dağlıq Qarabağ məsələsi ilə bağlı spekulyasiyadır. Bu, əsgərlərimizin qətlə yetirilməsindən sonra aparılan millətçi spekulyasiya ilə eyni şeydir”.

Ərəstun Oruclu Dağlıq Qarabağ məsələsinin əvvəli kimi yalnız Rusiyadan asılı olmadığını xatırladıb:

“Qarabağ məsələsi artıq Rusiyanın monopoliyasından çıxıb, Moskva bu məsələnin həllində artıq yeganə söz sahibi deyil. Bölgədə kifayət qədər güclü başqa geosiyasi oyunçular var. Ukraynada baş verənlər bunu açıq-aşkar göstərdi”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Rusiyanın bütün addımlarının Avrasiya İttifaqına hesablanmış olduğunu deyib:

“Dağlıq Qarabağ məsələsi və iki ölkə arasındakı gərginlik Rusiyanın ölkələrə təzyiq etməsi üçün vasitədir. Rusiya çalışır ki, bu vasitə ilə öz geosiyasi maraqlarına nail olsun. Təzyiqin əsas səbəbi də hər iki ölkəni Gömrük İttifaqına, Avrasiya İttifaqına salmaqdır. Putin Azərbaycanı bu və ya başqa formada iri projelərə qoşmaqla, böyük iqtisadi layihələrin reallaşmasında iştirakçılığa çəkməklə ölkəmizi Avrasiya İttifaqı və Gömrük İttifaqına üzv etmək istəyir”.

Siyasi təhlilçi hakimiyyət daxilində də rusiyapərəst qüvvələrin olduğunu və onların boş dayanmadığını, buna görə də hazırda gərgin bir vəziyyət yarandığını deyib:

“Hakimiyyətdə də bəzi qüvvələrin buna ciddi marağı və bu istiqamətdə canfəşanlığı görünür. Elə son günlər Azərbaycan hakimiyyətindəki 5-ci kolon üzvlərinin fəaliyyəti buna işarədir. Ona görə, çox mürəkkəb bir situasiyadır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR