"Putin Əliyevlə Sarkisyanı barışdırmağa çalışır"
Bizi izləyin

İqtisadi gündəm

"Putin Əliyevlə Sarkisyanı barışdırmağa çalışır"

Bu gün Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistan və Azərbaycan prezidentləri ilə ikitərəfli danışıqlar aparır.

Axar.az xəbər verir ki, Rusiyanın "Komsomolskaya Pravda" qəzetinin yaydığı məlumatda Rusiyanın 20 ildən artıqdır ki, iki ölkə arasında vasitəçilik etdiyini bildirilib.

Yayımlanan məlumatda bildirilir ki, Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoq olmayacaq, Qarabağ münaqişəsi isə hər an yeni bir mərhələyə qədəm qoya bilər. Cəbhədə tez-tez atəşkəsin pozulduğu, iki tərəfdən də itkilərin olduğu qeyd edilir.

Əldə edilən məlumatda isə bildirilir ki, Putin tərəfləri barışdırmağa və yeni bir savaşın başlanmamasına razı salmağa çalışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm