İqtisadi gündəm
Əsgərimiz şəhid oldu
Düşmən tərəfindən açılan atəşdən bir əsgərimiz şəhid
olub, biri isə yaralanıb.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, avqustun
9-da düşmənin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində
Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində,
qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1995-ci il
təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər
Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş
nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına
dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Avqustun 9-da düşmənin atəşkəsi pozması nəticəsində Silahlı
Qüvvələrimizin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi
xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən
açılan atəş nəticəsində yaralanıb. Fakt saat 19.45 radələrində
Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu ərazisində,
qoşunların təmas xəttində qeydə alınıb.
Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb
müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir,
həkimlərin nəzarəti altındadır.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”