Prezident seçkisi fotolarda
Bizi izləyin

İqtisadi gündəm

Prezident seçkisi fotolarda

Türkiyədə prezident seçkilərinə start veriləndən sonra insanlar seçki məntəqələrinə axın edib.

ANS PRESS-in məlumatına görə, səhər saatlarından başlayan seçimlərdə xeyli sayda insan iştirak edib. Seçki məntəqələrinə üz tutan vətəndaşlar öz namizədlərinə səs veriblər.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri Bakı vaxtı ilə saat 10:00-da başlayıb və 19:00-a kimi davam edəcək. Seçkilərdə 52 milyon 894 min 115 qeydiyyata alınmış seçici iştirak edəcək.

Türkiyənin 12-ci prezidenti ilk dəfə millətin verəcəyi səslərlə müəyyən olunacaq.

Yeni prezident 5 il vəzifə yerinə yetirəcək və 5 il sonra keçiriləcək seçkilərə də qatıla biləcək.

Seçkidə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş və CHP-MHP-nin ortaq namizədi Ekmələddin İhsanoğlu mübarizə aparacaq.



































Oxumağa davam et
Reklam
Reklam

Gündəm