• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Leyla Əliyeva: “Rəsmi Bakının Qərbdən uzaqlaşması təqdirəlayiqdir”

Leyla Əliyeva: “Rəsmi Bakının Qərbdən uzaqlaşması təqdirəlayiqdir”

Dağlıq Qarabağ münaqişəsinin həlli o zaman mümkün olacaq ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar gücləndirilsin”.

Bunu Axar.az–a açıqlamasında Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva Dağlıq Qarabağ münaqişəsinin bundan sonrakı həlinin inkişafı məsələsinə münasibət bildirərkən deyib.

Əliyevanın sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllində yeganə çıxış yolu Rusiyanın razılğını əldə etməkdir:

“Soçi görüşündə Rusiya məsələnin həlli yolunda hansısa addımlar ata bilərdi. Görünür, Rusiya münaqişənin həlli yolunu əlində saxlamaqla regionda öz nüfuzunu saxlamağa və bu yolla regionun siyasətinə nəzarət etməyə çalışır. Ona görə də Rusiya istər Avrasiya İttifaqına üzvlüklə bağlı öz sülhməramlılarının yerləşdirilməsində, istərsə də Gömrük İttifaqına qoşulmaqla bağlı tutduğu mövqedə sonunadək inad göstərəcək. Çünki burada Rusiyanın marağına uyğun olan məqamlar çoxdur. Amma yenə də buna etibar etmək olmaz. “Azərbaycan Rusiyanın maraqlarına doğru addım atarsa, problem həllini tapa bilər” kimi fikirlər çox absurddur. Çünki Rusiya bunu heç vaxt etməyəcək. Rusiya istəyir ki, həm Ermənistana, həm də Azərbaycana başbilənlik etsin. Əks təqdirdə məsələ Azərbaycanın xeyrinə həll olunarsa, onda Ermənistanı itirmiş olacaq. Bu zaman İrəvan Avropa İttifaqına qoşulmağa və Gürcüstanla yaxınlaşmağa çalışacaq. Bundan istifadə edən Avropa isə Ermənistan vasitəsilə özünü gücləndirmək istəyəcək ki, bu da Rusiyanın maraqlarına tamamilə ziddir”.

Politoloqun fikrincə, rəsmi Moskva məsələnin həlli yolunun uzadılmasında maraqlıdır:

“Bir müddət bundan öncə sizə dediyim kimi Soçi danışıqlarının hər hansı bir nəticə verməyəcəyinə dair fikirlərimdə yanılmadım. Görüş baş tutdu və problem olduğu kimi də qaldı. Əgər Rusiyada ciddi demokratik dəyişiklik baş verməsə, şovinizm öz yerini liberalizmlə əvəz etməsə, problem çətin ki öz həllini sülh yolu ilə tapsın”.

Politoloqun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yalnız iki halda – birincisi, Rusiyaya beynəlxalq təzyiqlər gücləndiyi, ikincisi isə sanksiyalar onu dəyişdiyi təqdirdə mümkün olacaq:

“Rusiyada hökm sürən Putin hakimiyyətindən fərqli olaraq Boris Yeltsinin zamanında müharibə vəziyyətinin olmasına baxmayaraq, mətbuatda, mediada müharibə əleyhinə liberal təfəkkür hökm sürürdü. İndi isə vəziyyət tamam başqadır. Rusiya yürütdüyü şovinist siyasətdən əl çəkmədiyi təqdirdə münaqişənin həlli yolunda mühüm addımların atılması bir o qədər də real görünmür”.

Leyla Əliyeva onu da qeyd etdi ki, ancaq bu iki variantdan heç biri hələ ki reallaşmayıb. Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın Avropaya yanaşmasında uzaqlaşma müşahidə olunur:

“Bunun da əsas səbəbi Avropa Birliyinə üzv olan ölkələrin oxşar siyasəti ilə Azərbaycanın mövcud siyasətinin üst-üstə düşməməsidir. Bu yolda rəsmi Bakının uzaqlaşma mövqeyi təqdirəlayiqdir. Çünki Rusiya Avropadan fərqli olaraq bu yolda demokratik istəklər tələb etmir. Ona görə də məsələnin çıxış yolunda Rusiya ilə atılacaq addımlar daha realdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR