“Ermənistanda Suriyada baş verənlər olacaq, əgər...” – Duqindən İrəvana xəbərdarlıq
Bizi izləyin

İqtisadi gündəm

“Ermənistanda Suriyada baş verənlər olacaq, əgər...” – Duqindən İrəvana xəbərdarlıq

“Rusiya münaqişə tərəflərinə yalnız passiv dəstək göstərə bilər. Moskva münaqişənin həllində həlledici amil rolunda çıxış edə bilmir”.

Publika.az-ın verdiyi xəbər görə, bu sözləri rusiyalı politoloq, Kremlin ideoloqu, imperiya baxışları ilə kimi tanınan Aleksandr Duqin erməni mediasına açıqlamasında deyib.

O, qeyd edib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin kəskinləşməsinə görə, məsuliyyəti ABŞ daşıyır. “ABŞ münaqişənin donunun açılmasının müəllifidir. Rusiya Federasiyası isə statusa-kvo zaminidir”, - Duqin deyib.

Duqin bildirib ki, Ermənistan Rusiyanın partnyoru olduğu üçün münaqişənin kəskinləşməsində maraqlı deyil: “Mən bu gərginliyə Qərbin Rusiyaya qarşı ikinci cəbhəsi kimi baxıram. Rusiyanın Ermənistanla hərbi-siyasi əməkdaşlığı, Azərbaycanla isə normal münasibətləri var. Amma bu ABŞ-a sərfəli deyil və Qarabağ münaqişəsi zonasında gərgin vəziyyət yaratmağa çalışır”.

Ermənistanın Rusiyadan gözləntilərinə gəlincə, Duqin Putinin çətin vəziyyətdə olduğunu, Rusiyanın dərin böhran keçirdiyini və buna görə də Rusiyadan nəsə tələb etməyinin əhəmiyyətinin olmadığını deyib: “Ermənistan rəhbərliyi müdriklik göstərərək mövcud vəziyyəti saxlamaq üçün bacardığı hər şeyi etməlidir. İndiki vəziyyətin saxlanılması üçün regionun bütün ölkələri şüurlu yanaşma nümayiş etdirməlidir. Söhbət Ermənistan, Azərbaycan, İran və Türkiyədən gedir”.

Politoloqun sözlərinə görə, ABŞ Ermənistan hakimiyyətini inandırmağa çalışır ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edə bilmir: “Məhz buna görə də ABŞ öz xidmətlərini təklif edir. Əgər Ermənistan ABŞ-a ümid edərsə, Suriya, Livan, İraq və Ukraynada olanlar baş verəcək. Çünki Rusiya Ermənistandan öz hərbi bazasını çıxaracaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm