• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Azərbaycanı Soçiyə aparan Qərbin səssizliyi idi”

“Azərbaycanı Soçiyə aparan Qərbin səssizliyi idi”

Azərbaycanla güclü tərəfdaşlıq və əməkdaşlıq olmasına baxmayaraq, Soçi görüşünə qədər nədənsə Qərbdən bir səs çıxmadı”.

Bunu Axar.az-a açıqlamasında politoloq Rasim Ağayev Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllinə biganə yanaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakı xarici əlaqələrin inkişafından dolayı Qərbə böyük ümid bəsləsə də, bu özünü doğrultmadı:

“Qərb sosial-iqtisadi dəyərini anlayan, onun üçün böyük əhəmiyyət kəsb edən Azərbaycana nədənsə bu dəfə dəstək olmadı. Buna görə də Azərbaycan Soçi görüşünə razılıq verdi. Çünki ölkəmiz çox gözəl bilirdi ki, Qərbin Ermənistan üzərində rolu böyükdür. Bu baş tutmadığından vəziyyət avtomatik olaraq Rusiyanın nəzarətinə keçdi və nəticədə Moskva yenə öz mövqeyini ortaya qoydu. Münaqişənin müzakirəsi isə yenə Rusiyanın vasitəçiliyi ilə Soçidə baş tutdu. Rəsmi Moskvaya da elə bu görüş lazım idi”.

Politoloqun fikrincə, hazırda Rusiyanın bu cür davranmasına səbəb həm Avropa, həm də Moskva ilə ikitərəfli əlaqələrin qorunub saxlanılmasında Bakının obyektiv mövqe yürütməsidir:

“Məlum məsələdir ki, Gürcüstan artıq Rusiya ilə əməkdaşlığa maraqlı deyil. Tiflis indi Qərblə olan tərəfdaşlığını gücləndirməyə çalışır. Belə olan təqdirdə Rusiya əvvəlki mövqeyinə, yəni Cənubi Qafqaza və Azərbaycanla olan əlaqələrinə qayıdır. Və Qafqazda yeganə dövlət Azərbaycandır ki, bütün bu olanlara baxmayaraq, Rusiya onunla ikitərəfli əməkdaşlığı qoruyub saxlayır”.

Rasim Ağayev onu da qeyd etdi ki, Qarabağ münaqişəsinin bundan sonrakı müzakirəsində ən xırda bir nüans əldə olunarsa, problemin həllinə nail ola biləcəyik:

“Ermənistanın get-gedə zəifləməsi gələcəkdə Azərbaycan tərəfindən təklif ediləcək hansısa güzəştləri qəbul etməsinə gətirib çıxara bilər. Əgər bu baş verərsə, Qarabağ münaqişəsinin həllində mühüm irəliləyişə nail olmaq olar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR