“Yaxın aylarda Ağdam və Füzuli qaytarıla bilər”
Bizi izləyin

İqtisadi gündəm

“Yaxın aylarda Ağdam və Füzuli qaytarıla bilər”

“Biz Soçidə Moskvanın status-kvonu dəyişdirmək üçün iradə ortaya qoyduğunun şahidi olduq”.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Soçi görüşünün nəticələrini şərh edərkən söyləyib.

O, bundan sonra Qarabağ konfliktinin həllində əsas söz sahibinin Rusiya olacağını bildirib:

“Bu, çox ciddi görüş idi və nəticələri də çox ciddi olacaq. Biz Rusiyanın danışıqlar prosesində məsələyə necə ciddiyyətlə yanaşdığını görürdük. Burada Moskvanın status-kvonu dəyişdirmək üçün iradə ortaya qoyduğunun şahidi olduq. Üstəlik, nəzər yetirsəniz, İrəvan danışıqlar prosesində bir kəlmə də dillənib artıq-əskik söz demədi. Zənnimcə, bağlı qapılar arxasında iki mühüm məsələ qərarlaşdırılıb. İlham Əliyev Soçidə söylədi ki, problemin həlli həddindən artıq uzanıb və Putin də bunu təsdiqlədi. Daha sonra isə o da vurğulandı ki, danışıqlar prosesinə başlamaq üçün atəşkəsə ciddi əməl edilməlidir. Yəni hər şey iki mühüm tezis üzərində qurulub. Birincisi, atəşkəsə ciddi əməl edilir və bu anda işğal edilmiş torpaqların qaytarılması danışıqlar prosesinin əsas obyektinə çevrilir. Bundan sonra nizamlama prosesinin yeni və daha ciddi mərhələsi başlayacaq. Doğrudur, bu prosesdə aktiv rol rusların əlində olacaq. Amma Minsk Qrupu məsələdən tamamilə kənarlaşdırılmayacaq. Onların burada iştirakı formal xarakter daşıyacaq və hər şeyi diktə edən Rusiya tərəfi olacaq”.

Politoloq Moskvanın Qafqazda yeni münaqişəyə başlamaq üçün imkanının olmadığını deyib:

“Soçi görüşünün nəticələri ilə bağlı ilkin işartılar atəşkəs rejiminin pozulmaması ilə bağlı olacaq. Bundan sonrakı məsələ isə danışıqlar heyətinin formalaşdırılması və danışıqlar prosesində ermənilərın rayonları qaytarmağa hazırlığı olacaq. Hazırda gündəmdə iki rayonun qaytarılması var. Söhbət Ağdam və Füzuli rayonlarından gedir. Bu proseslər yaxın bir neçə ay ərzində baş verə bilər. Rusiya sözünün sahibidir və bunun həyata keçməsinə nəzarət edəcək. Burada ermənilər təxribat törətsələr, Azərbaycan dəyənəyin o biri başını çevirə bilər. Moskva bunu yaxşı başa düşür. Hazırda Rusiyanın Cənubi Qafqazda yeni münaqişəyə başlamaq üçün həvəsi və imkanı yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm