• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sarkisyan cinayətkar oliqarxları “sxodka”ya yığır

Sarkisyan cinayətkar oliqarxları “sxodka”ya yığır

Ermənistan mediası növbəti dəfə Sarkisyan iqtidarını tənqid edən analitik yazı ilə çıxış edib.

Axar.az xəbər verir ki, analitik yazının mahiyyətində Ermənistan Prezidenti Serj Sarkisyan və ona yaxın oliqarx təbəqəsinin ölkədə baş alan sosial fəsadlara, Avropa Birliyi və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra bu ölkəni gözləyən ictimai partlayışlara etinasız yanaşması durur.

Vurğulanır ki, təmas xəttində gərgin vəziyyətin yaranmasına baxmayaraq, iqtidar hələ də ökənin Təhlükəsizlik Şurasının iclasını çağırmaq fikrində deyil.

Müəlliflər qeyd edirlər ki, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi dönəmində olduğu kimi, hazırda da Qərbin rəsmi Moskvaya sanksiyalarından Ermənistan ciddi əziyyət çəkəcək, ərzaq problemləri ilə üzləşəcək, qıtlıq yaranacaq. Buna baxmayaraq, Sərkisyan yenə də rahatdır və lazımı iclaslar keçirmir. Onun bu etinasızlığı anlaşılandır – o, qrup və partiya maraqları güdür. Dövlət başçısı üçün xalq və dövlət anlayışı yoxdur.

Ermənistanda Təhlükəsizlik Şurasının və buna bənzər digər iclasların keçirilməsi yalnız Sərkisyan klanının, cinayətkar-kriminal qruplaşmasının biznesinə təhlükə yarandığı halda mümkündür. Görünür, onlar sərhəddəki gərginliyi öz bizneslərinə hələ təhlükə saymırlar. Belə bir prosesə start verilərsə, dərhal oliqarxlar toplaşıb Sərkisyan iqtidarının qorunmasına, saxlanılmasına külli miqdarda pullar xərcləyəcəklər, iclaslar deyil, cinayətkar aləmdə olduğu kimi, “sxodka”lar keçirəcəklər.

Təhlildə diqqətə çatdırılır ki, bütün bunlar fonunda Ermənistan ictimaiyyəti ölkənin birinci, ikinci və digər ranqlı rəsmilərindən iqtisadiyyatın iflic edilməsinin, gəlirlərin bölüşdürülməsinin detallarını soruşmalıdırlar. Psevdo çağırışlar, yalançı vətənpərvərlik şüarları ilə heç nə əldə etmək olmaz.

Xatırladaq ki, yazı Ermənistan cəmiyyətində əks-sədaya səbəb olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR