Soçidə Qərbə mesaj göndərildi: Qərb isə “B” planına keçir
Bizi izləyin

İqtisadi gündəm

Soçidə Qərbə mesaj göndərildi: Qərb isə “B” planına keçir

Rusiya bu görüşlə çoxlu mesajlar verdi. Bu mesajlar həm Qərbə, həm Ermənistana, həm də Azərbaycana yönəlmişdi”.

Bu sözləri Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşü ilə bağlı şərh verərkən deyib.

O, bildirib ki, Rusiya prezidenti heç zaman Dağlıq Qarabağ məsələsinin həllini istəməyib və bundan sonra da istəməyəcək:

“Hər zaman demişik, indi də təkrar edirəm: Rusiya heç zaman münaqişənin həllindən yana olmayıb. Bu görüşün keçirilməsinin də məqsədi Putinin öz gücünü göstərmək istəyi idi. Rusiya prezidenti bütün tərəflərə mesaj göndərdi ki, məsələnin həlli bizdən asılıdır”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri onu da əlavə edib ki, prezidentlərin görüşündən sonra təmas xəttindəki gərginliyin azalacağı əvvəlcədən bəlli idi:

“Bilinirdi ki, müharibə olan deyil. Bu, sadəcə, spekulyasiya idi. Rusiya həm də bununla bir növ mesaj verdi ki, istədiyim zaman tərəfləri qızışdıra, istədiyim zaman barışdıra bilərəm”.

Xatırladaq ki, avqustun 10-da Rusiyanın Soçi şəhərində Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Qarabağla bağlı müzakirəsi keçirildi.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, isə sentyabrın 5-də NATO-nun Uels Sammitində Qərb Qarabağ münaqişəsini bağlı qapılar arxasında müzakirə edəcək. Politoloqların fikrincə, Qərb bu mesajı dəyərləndirib və Qafqazla bağlı alternativ planının icrasına başlamaq niyyətindədir.

Rusiyalı politoloqlar məhz bu məqama görə sentyabr-oktyabr aylarında Ermənistan-Azərbaycan təmas xəttində gərginliyin artacağını istisna etmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm