Erməni analitik: “Azərbaycan gücünü və üstünlüklərini hiss edib”
Bizi izləyin

İqtisadi gündəm

Erməni analitik: “Azərbaycan gücünü və üstünlüklərini hiss edib”

“Cənubi Qafqaz və Ermənistan-Azərbaycan mövzusu Vladimir Putinə imicinin xilası üçün lazımdır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edən erməni analitiki İqor Muradyan deyib.

Analitik fikrini əsaslandırmaq üçün Ermənistan ordusunda “Komandos“ ləqəbi ilə tanınan general-mayor Arkadi Ter-Tadevosyana istinad edib: “Arkadi hesab edir ki, Rusiya nə etdiyini bilmir. General-mayor bildirir ki, Rusiya Azərbaycana silah satır, amma ondan istifadə olunmamasını istəyir. Bununla razılaşmaq mümkün deyil. Rusiya Cənubi Qafqazda gərginliyin artırılmasında son dərəcə maraqlıdır. Əks halda regionda vəziyyəti nəzarətdə saxlamaq üçün hər iki tərəfə silah satmazdı”.

İ.Muradyan bildirir ki. Rusiyanın Ermənistan üçün əsas təhdid olduğunu rusiyalı analitiklər də etiraf etməyə başlayıblar. “Məhz bunun nəticəsidir ki, Azərbaycan təzyiqi artırır, qızğın silahlanmadan sonra gücünü və üstünlüklərini hiss edib”, - erməni analitik bildirir.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqaz siyasətinin həyata keçirilməsi Türkiyənin maraqları nəzərə alındığı üçün artıq qeyri-mümkündür olub. İ.Muradyan Türkiyənin regionla bağlı proseslərdə iştirakının məhz Rusiya sayəsində dönməz xarakter aldığını qeyd edib.

“Qarabağ məsələsində Rusiya maraqları və Türkiyənin mövqeyi nəzərə alınır”. – erməni analitik deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm