İqtisadi gündəm
Ermənilər AŞPA-da ölən diversantın məsələsini qaldıracaq
AŞPA-nın payız sessiyasında erməni nümayəndə heyəti Azərbaycanda ölən erməni əsirin məsələsini qaldıracaq.
Axar.az xəbər verir ki, bunu AŞPA-da erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Məni beynəlxalq hüquq müdafiəçilərinin mövqeyi təəccübləndirir, çünki onların heç biri əsir erməninin Azərbaycanda öldürülməsinə reaksiya vermədi”, - deyə Zöhrabyan bildirib.
Deputatın sözlərinə görə, hətta “Azadlıq” radiosunun Azərbaycan xidməti də Karen Petrosyanı tutan azərbaycanlılardan reportaj hazırlayanda onun diversant olduğunu təsdiqlədi: “Heç bir beynəlxalq hüquq müdafiəsi təşkilatı buna reaksiya vermədi. Əminəm ki, mənim də hesabatım beynəlxalq hüquq müdafiəsi təşkilatılarında heç bir reaksiya doğurmayacaq”.
Qeyd edək ki, avqustun 7-də erməni diversant Karen Petrosyan Azərbaycan ərazisinə keçərkən Tovuz sakinləri tərəfindən saxlanılmışdı. Petrosyan cəmi 1 gün sonra ürək çatışmazlığından ölmüşdü.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...