Erməni analitik Ərdoğanın Qafqaz siyasətindən ehtiyatlanır
Bizi izləyin

İqtisadi gündəm

Erməni analitik Ərdoğanın Qafqaz siyasətindən ehtiyatlanır

“Yaralı Azərbaycan əsgərlərinin Türkiyə dövlət rəsmiləri tərəfindən ziyarət edilməsi azərbaycanyönümlü cəbhədə ciddiliyin davam etməsi ilə bağlı dəqiq mesaj idi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analitiki Ruben Melkonyan çıxış edib.

O, Ərdoğanın daha radikal siyasət yürüdəcəyini bildirib:

“Abdulla Gül kifayət qədər balansı qorumağı bacaran şəxsiyyət idi. Ərdoğanda isə biz bu səbri görməyəcəyik. Burada daha çox aqressiv siyasətin şahid olacağıq. Həmçinin biz Türkiyənin xarici siyasətində anti-erməni təşəbbüsləri ilə də qarşılaşacağıq. Türkiyə və Azərbaycanın münasibətlərinə gəlincə isə, burada bir qeyd etmək lazımdır. Cəbhədə yaralanan Azərbaycan əsgərləri Türkiyədə müalicə alırlar. Onları Səhiyyə naziri, Xarici İşlər naziri ziyarət edir. Bu, azərbaycanyönümlü cəbhədə ciddiliyin davam etməsi ilə bağlı dəqiq mesajdır. Ərdoğan nə qədər səbirsiz olsa da, Rusiyaya qarşı münasibətdə bunu əks etdirmir. Gələcəkdə bu siyasətin də dəyişəcəyinə inanmıram. Moskva ilə yenidən ehtiyatlı siyasət yürüdüləcək. Ərdoğanın aqressiv anti-rus mövqeyi tutacağı inandırıcı görünmür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm