Gürcü professordan ermənilərlə bağlı şok sözlər
Bizi izləyin

İqtisadi gündəm

Gürcü professordan ermənilərlə bağlı şok sözlər

Dağlıq Qarabağ problem və regionda erməni təhdidi ilə bağlı Suxumi Dövlət Universitetinin professoru, tarixiçi Quram Marxuliya Axar TV-yə açıqlama verib.

Quram Marxuliya açıqlamasında bildirir ki, Rusiyanın Qafqazda möhkəmlənmək istəyi ilə ermənilər Azərbaycan və Gürcüstanın tarixi torpaqlarına köçürüldülər:

“Bu köçürülmə həm də gələcəkdə müstəqil Ermənistan dövlətinin yaradılmasının təməlinin qoyulması demək idi. Rusiya böyük bir Ermənistan dövlətinin yaradılması məqsədini güdürdü. 19-cu əsrdə bunun üçün bütün zəmin yaradılımışdı. Rusiya Osmanlı İmperiyasının böyük ərazilərini özünə birləşdirmək istəyirdi. Bu istiqamətdə rus diplomatları və ermənilərin istəkləri üst-üstə düşürdü. Bu layihədə də ermənilərin iç üzü, onların yaşadıqları ölkələri necə satmaları, satqın xarakterləri, arxadan zərbə vurmaları ortaya çıxdı. Onlar kimlərə arxadan zərbə vurmayıb ki? Gürcülər, azərbaycanlılar, türklər... Bu siyahını uzatmaq da olar. Və I Dünya Müharibəsinin başlanması rusların və ermənilərin böyük ərazi yaratmaq arzularını puç etdi.

Ötən əsrin əvvəlində daşnak ermənilər həm Azərbaycana, həm də Gürcüstana qarşı müharibə elan etdi. Sonrakı illərədə - SSRİ zamanında, 70 il ərzində isə ermənilər sanki bir fasilə götürmüşdü ki, yeni hücumlar və torpaq iddiasına düşsünlər. Nəticədə də Rusiyanın dəstəyi ilə ermənilər Dağlıq Qarabağ münaqişəsini törətdilər. Hazırda Azərbaycanın 20 faiz tarixi torpağı işğal altındadır.

Sirr deyil ki, bu gün də Ermənistan rəhbərliyi özlərinin qədim xüsusiyyətlərini sərgiləmkdədirlər. Onlar satqın, qonşuya xələl yetirmək əməllərindən xilas ola bilmirlər. Səbəb isə sadədir - bu “xalq” qonşuları ilə dostluq, qarşılıqlı hörmət münasibətlərində yaşaya bilmir. Ermənilərin təxribatlarına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev oduqca müdrik siyasət həyata keçirir. 20 il ərzində dünyada Azərbaycanı tanımağa, bu ölkəyə hörmət etməyə başladılar. Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzu göz önündədir. Mən əminəm ki, ölkəniz ərazi bütövlüyünü bərpa edəcək. Lazım gələrsə, bunu hərb yolu ilə reallaşdıracaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm