“Rusiyanın Qarabağda sülhə marağı yoxdur”
Bizi izləyin

İqtisadi gündəm

“Rusiyanın Qarabağda sülhə marağı yoxdur”

Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blank Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib.

Publika.az-ın məlumatına görə, “Amerikanın Səsi”nə müsahibə verən ekspert Rusiyanın məramları ilə bağlı dərin şübhələrini ifadə edərək, görüşlərdən real nəticə gözləmədiyini bildirib.

Jurnalistin “Görüş nə kimi nəticə verdi?” sualına, ekspert bu cür cavab verib:
“Düşünmürəm ki, bu görüş elə bir nəticə verdi. Bircə o oldu ki, tərəflər daha böyük miqyasda zorakılıqdan çəkindiklərinə görə alqışlandılar. Heç kim bu görüşdən sülhə doğru real proqres gözləmirdi. Mənim gözlənitlərim aşağıdır, çünki Rusiyanın sülhdə marağı yoxdur. Və başqa heç kəs aktiv rol oynamaq istəmir. Ona görə də hökumətlər üzərində sülhə nail olmaq üçün xarici təzyiq yoxdur.”

Stefan Blank həmçinin, son bir neçə həftədə təmas xəttində yaranan gərginlikdən və hərbi konfliktin yenidən baş qaldırıb-qaldırmayacağından da danışıb:
“Hesab edirəm ki, insidentlərin yenidən baş qaldırması ehtimalı kifayət qədər yüksəkdir, hətta müharibənin də. Hər iki tərəf silahlanır. Həmin kontekstdə həmişə belə bir ehtimal var ki, müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bir insident başlasın. Nəticədə toqquşmalar vüsət ala bilər və ən pis halda müharibə baş verə bilər.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm