Rusiyalı hərbi ekspert: “Madrid prinsipləri arxivə verilməlidir...”
Bizi izləyin

İqtisadi gündəm

Rusiyalı hərbi ekspert: “Madrid prinsipləri arxivə verilməlidir...”

Madrid prinsipləri Qarabağ münaqişəsinin həllinə gətirə bilməz, yeni real təkliflər olmalıdır”.

Musavat-com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri, tanınmış hərbi ekspert Vladimir Yevseyev Qarabağ zonasında hərbi durumu şərh edərkən deyib.

“Əgər yaxın zamanda yenilənmiş Madrid prinsiplərinin əvəzinə real təkliflər irəli sürülməsə, sülh heç zaman olmayacaq”, - deyə o qeyd edib. Status-kvonun saxlanmasını vacib sayan ekspert hesab edir ki, Rusiya, həmçinin, rusiyalı siyasətçilər nizamlama yönündə səyləri artırmalıdırlar: “Əməkdaşlıq isə ən müxtəlif səviyyələrdə həyata keçirilə bilər”. Onun qənaətincə, Moskva münaqişənin həllinə daha böyük maraq göstərməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm