Azərbaycanlı yazıçı erməniləri ifşa etdi (FOTO)
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanlı yazıçı erməniləri ifşa etdi (FOTO)

Rusiyanın ən böyük müasir ədəbiyyat serverlərdən biri olan, dörd milyondan artıq ədəbi nümunə bazasına malik Proza.ru portalında bu günlərdə yazıçı Varis Yolçuyevin iki romanının (“Əzilmiş fotoşəkillər”, “Metamorfoza”) ardınca müəllifin üçüncü romanı olan “Son məktub”dan parçalar yerləşdirilib.

İnsan və cəmiyyətin ziddiyyətlərindən bəhs edən hər üç romanın bəzi epizodlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə düşmən ölkənin apardığı uydurma və yalan təbliğat ifşa olunur. Ermənilər 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrini özlərinə qarşı soyqırımı kimi qələmə verməklə beynəlxalq ictimaiyyətin gözünə kül üfürməyə cəhd etsələr də, “Əzilmiş fotoşəkillər” romanında əsl həqiqəti üzə çıxaran məqamlar yer alır.

Əsərdə Ermənistan tərəfinin guya münaqişəyə səbəb kimi Dağlıq Qarabağın erməni əhalisinə qarşı yerli hakimiyyətin ayrı-seçkilik siyasəti yeritdiyini arqument kimi göstərməsinin də ağ yalan olduğu faktlarla sübuta yetirilir.

“Metamorfoza” romanında münaqişənin həllinə cavabdehlik daşıyan ATƏT-in fəaliyyətsizliyi qəhrəmanlarının dili ilə pislənilməklə yanaşı, azərbaycanlı qəhrəman Mübariz İbrahimovun timsalında döyüşçülərimizin mərdliyi və ermənilərin qorxaqlığı da əksini tapır.

“Son məktub” romanında isə bəşəriyyətin ən qanlı qırğınları sırasında yer almış Xocalı faciəsindən bəhs edən tükürpərdici səhnələr var. Romanlardan parçalarla tanış olan əcnəbi oxucular öz rəylərində bədii məziyyətlərə toxunmaqla yanaşı, qeyd edilən faktlar barədə indiyədək tam məlumatlı olmadıqlarını vurğulayırlar. Milliyyətcə erməni olan şəxslərin romanlarla bağlı müəllifə irad və hücumları da anlaşılandır.

“Əzilmiş fotoşəkillər”, “Metamorfoza” və “Son məktub” əsərləri ilə Proza.ru-da bu linklərdən tanış olmaq mümkündür:

http://www.proza.ru/2014/07/06/1579, http://www.proza.ru/2014/07/04/620, http://www.proza.ru/2014/08/14/587.


Varis

AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm