Əli Həsənovun müsahibəsi Türkiyə mətbuatında
Bizi izləyin

İqtisadi gündəm

Əli Həsənovun müsahibəsi Türkiyə mətbuatında

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsi Türkiyənin “Gazete Kars” xəbər portalında dərc olunub.

Publika.az-ın məlumatına görə, “Serj Sarkisyan növbəti dəfə qarşılıqlı razılaşmanı pozaraq müzakirə olunan məsələlərin bəzi detallarını özünə sərf edən formada açıqlayır” sərlövhəli müsahibədə təcavüzkar Ermənistan prezidentinin yalan və populist çıxışlar üzərində qurulan riyakarlığı diqqətə çəkilir. Əli Həsənov tutarlı faktlar və məntiqi mülahizələrlə Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüşdə müzakirə olunan məsələlərin ayrı-ayrı məqamlarını təhrif olunmuş şəkildə öz ictimaiyyətinə çatdırmaqda, Ermənistanın işğalçı hərbi birləşmələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə son hücumları nəticəsində təcavüzkar tərəfin öz itkilərinin sayını gizlətməkdə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın sülh cəhdlərinin mahiyyətini dəyərləndirə bilməməkdə Serj Sarkisyanı kəskin ittiham edir.

Müsahibə bu fikirlə başa çatır: “... bütün daxili və xarici mənbələrin məlumatları son hadisələrdə Ermənistanın 50-yə yaxın itki verdiyini təsdiqləyir. İtkiləri gizlətmək Ermənistanın hərbi-siyasi dairələrinə heç zaman müyəssər olmayacaq. Məsləhətdir ki, S.Sarkisyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa, son illər ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsa daha yaxşı olar...”

Məlumatla aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.gazetekars.com/ali-hasanov-sarkisyan-yalan-beyanda-bulunuyor-14163h.htm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm