“Qarabağ məsələsində mövqeyimiz dəyişməyib”
Bizi izləyin

İqtisadi gündəm

“Qarabağ məsələsində mövqeyimiz dəyişməyib”

İtaliya ATƏT-in Minsk Qrupunu dəstəkləyir və onun Qarabağ məsələsində mövqeyi dəyişməzdir.

İtaliya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

“İyulun 14-də Azərbaycan prezidnti İlham Əliyevin Romaya səfəri ilə bağlı İtaliya və Azərbaycan razılaşma əldə ediblər ki, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələri daha da inkişaf etdirsinlər və mülki cəmiyyətin də cəlb olunması ilə əməkdaşlığın yeni üfüqlərini açsınlar. Belə çoxprofilli əməkdaşlığa İtaliyanın üzv olduğu Minsk Qrupunun missiyası da daxildir.

İtaliya münaqişənin həmsədr ölkələr tərəfindən qəbul edilmiş nizamlanma prinsiplərini sözsüz bölüşür. Rəsmi Roma Avropa İttifaqının mövqeyi ilə səsləşən ənənəvi mövqeyinə uyğun olaraq bir daha bəyan edir ki, problemin həlli BMT nizamnaməsi, Helsinki Yekun Aktı və Minsk Qrupu çərçivəsində aparılan dinc danışıqlara əsaslanmalıdır”, - deyə bəyanatda vurğulanır.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm