İqtisadi gündəm
Ermənistan arada qalıb
"Ermənistan kəskin addımlardan çəkinməlidir. Ermənistan
avropalılara izah etməyi bacarmalıdır ki, ölkə iqtisadiyyatı o
vəziyyətdə deyil ki, onların sanksiyalarında iştirak edə bilsin.
Eyni zamanda, Ermənistan Rusiyay və Avropa İttifaqı ilə
iqtisadi-ticarət əlaqələrini əvvəlki səviyyədə davam
etməlidir".
ANS PRESS-in məlumatına görə, bu sözləri Erməni Milli Konqressi
partiyasının üzvü, iqtisadçı Vaqna Xaçatryan deyib. Erməni
iqtisadçı Avropa İttifaqının Aİ-ə namizəd ölkələri Rusiya qarşı
tətbiq edilən sanksiyalar nəticəsində yaranan yeni ticarət
imkanlarından istifadə etməkdən çəkinməyə çağırdığı bəyanatı şərh
edib.
İqtisadçının sözlərinə görə, Ermənistan Avropa İttifaqının "Şərq
Tərəfdaşlığı" proqramına üzv olmağa çalışırdı və sonra istiqaməti
kəskin olaraq Gömrük İttifaqına tərəf dəyişdi. Ekspertin fikrincə,
Ermənistan hakimiyyəti sadəcə məlumatlara uyğun olaraq qərar qəbul
etdi və bu qərarlar gələcəyə tuşlanmış addım deyildi:
"İndi biz çətin vəziyyətdəyik. Ermənistan Avropa Birliyinin
çağırışına tabe olmalıdır, ya yox? Tabe olarsaq, biz Rusiyaya qarşı
sanksiyalarda iştirak etməliyik, bu halda biz Avropanın köməyindən
məhrum olmayacağıq. Biz hər hansı kəskin addımdan çəkinməliyik.
Çünki, Ermənistanda Rusiya kapitalı var. Həmçinin Rusiyayla
iqtisadi əlaqələri nəzərə almaq lazımdır. Eyni zamanda, bizim
həmyerlilərimiz Rusiyada işləyirlər"-deyə Vaqna Xaçatryan
deyib.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO