• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müdafiə nazirləri Naxçıvanda görüşəcəklər (VİDEO)

Müdafiə nazirləri Naxçıvanda görüşəcəklər (VİDEO)

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri sabah Naxçıvanda bir araya gəlir. Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlərin müzakirə ediləcəyi görüş barədə məlumatlar bu formatdan kənarda qalan Ermənistanda təşvişə səbəb olub. Əslində, hər üç ölkəyə qarşı ərazi iddiası olan Ermənistanın bu narahatlığı başa düşüləndir.

ANS TV-nin məlumatına görə, sabah Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar gedəcək. 2 günlük səfər çərçivəsində müdafiə nazirləri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində olacaqlar.

Politoloqlar müdafiə nazirlərinin görüşünü Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı inteqrasiya proseslərinin yeni mərhələsi adlandırır. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə bildirir ki, regionun bu 3 dövləti bir çox məsələlərdə ümumi mövqedən çıxış edirlər - enerji, nəqliyyat, indisə hərbi sahədə əməkdaşlıq vahid hərbi siyasət yerdilməsinə, ordu quruculuğunda fikir mübadiləsinə, ən vacibi regionda stabilliyin qorunmasına tövhələrini verə bilər.

Politoloq düşünür ki, Cənubi Qafqaz Avropanın enerji, nəqliyyat layihələrinin keçdiyi region olduğu üçün 3 dövlət təhlükəsizliyin, stabilliyin qarantı olduğunu ortaya qoyur. Regionda münaqişələrin həlli məsələsi görüşdə əsas müzakirə mövzusu olacaq

Aydın Mirzəzadə qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi bu ilk növbədə Azərbaycanın məsələsidir: “Bu dövlətlərin köməyindən nə dərəcədə yararlanacağı Azərbaycanın müstəsna hüququna aid bir məsələdir”.

İşğalçı, qonşu dövlətlərə ərazi iddiası irəli sürən Ermənistan bu inteqrasiyadan kənarda qalıb. Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü Ermənistan siyasi dairələrində ciddi narahatlıq doğurub. Erməni mediası bu görüşə xüsusi diqqət ayırıb, regionda təkləndiklərindən yazır. Üç ölkənin müdafiə nazirlərinin hansı qərarlar qəbul edəcəkləri böyük maraq kəsb edir.


Xəbər lenti

DAHA ÇOX XƏBƏR