İran Sərhəd Qoşunlarının Komandanı Azərbaycanda səfərdə olub
Bizi izləyin

İqtisadi gündəm

İran Sərhəd Qoşunlarının Komandanı Azərbaycanda səfərdə olub

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə 2014-cü ilin 16-18 avqust tarixlərin­də İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nüma­yəndə heyəti ölkəmizə səfər edib.

ANS PRESS-in məlumatına görə, avqustun 17-də Döv­lət Sərhəd Xidmətinin Apa­ratında general-mayor Qasım Rzainin təntənəli qarşılanma məra­simi keçiri­lib. Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qo­şun­­la­rının Komandanı şərəf kitabına ürək sözlərini yazıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sər­həd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəh­bərlik etdikləri nümayən­də heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılmış, hər iki qurum arasında əməkdaşlığın möv­cud durumu və perspektivləri müzakirə olunub.

Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilmiş, dövlət sərhədindən qaçaq­malçılığa, trans­sər­həd­ cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyət­lə­rin qarşı­sı­­nın alınması üzrə qarşılıqlı əlaqələrin genişləndiril­mə­si­nin vacibliyi vur­­ğu­lanıb.

Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilmişlər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm