Erməni eksperti: “Naxçıvan görüşü Qərblə müzakirələrin nəticəsi ola bilər”
Bizi izləyin

İqtisadi gündəm

Erməni eksperti: “Naxçıvan görüşü Qərblə müzakirələrin nəticəsi ola bilər”

Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Naxçıvan görüşü ermənilərin ciddi narahatlığına səbəb olub.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, erməni eksperti Aram Amatuni hesab edir ki, görüşün məhz Naxçıvanda keçirilməsi faktı öz-özlüyündə çox şey deyir.

Görüşün gürcü tərəfinin təşəbbüsü ilə baş tutmasına gəlincə, erməni eksperti təşəbbüsün Gürcüstanın Avropa Birliyi ilə assosiativ razılaşmanın imzalanmasından sonra və NATO-nun Kardif sammiti ərəfəsində ortaya çıxmasına diqqət çəkir. Rəsmi Tiflisin təkbaşına belə bir təşəbbüslə çıxış etməsini inandırıcı hesab etməyən A.Amatuninin fikrincə, bununla əlaqədar Qərblə müzakirələr aparılıb.

“Görüş həqiqətən də Qərblə müzakirələrin nəticəsi ola bilər. Beləliklə, faktiki olaraq Gürcüstanın təşəbbüsü ilə Türkiyə və Azərbaycan Rusiyaya qarşı müəyyən addım atır. Və bu Qərbdə bəyənilmiş ideya ola bilər. Digər tərəfdən, bu ideya əlbəttə ki, İranın xoşuna gəlməyəcək”, - o, bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm