“Naxçıvanı heç bir təhlükə gözləmir”
Bizi izləyin

İqtisadi gündəm

“Naxçıvanı heç bir təhlükə gözləmir”

İraqda baş verənlər iki günün söhbət deyil, burada müharibə az qala yarım əsrdir davam edir”.

Bunu Axar.az-a açıqlamasında politoloq Rasim Ağayev son günlər İraqda gedən müharibənin Naxçıvana təsiri məsələsinə münasibət bildirərkən deyib.

O, bildirib ki, Yaxın Şərqin müharibə vəziyyəti 1970-ci ildən bu yana hələ də davam edir:

“Az qala yarım əsrdir ki, İraq müharibənin əsirinə çevrilmiş bir dövlət olaraq tanınır. 1970-ci ildən bu günədək İraq hökuməti kürdləri qırmaqda davam edir. Bu illərin davam edən bir müharibəsidir. Bu günədək Yaxın Şərqin soyuq savaşının bizə heç bir yan təsiri olmayıb. Qeyd etmək istəyirəm ki, Ərəb baharından sonra Liviya, Suriya, Misirdə hakimiyyət strukturlarının zəifləməsi və bu ölkələrin kənardan bir sıra təşkilatların qurbanına çevrilməsi prosesi baş verdi. Ona görə də İraqdakı gərginlik və təhlükə ancaq bu ölkələrə sıçraya bilər. Naxçıvan üçün yarana biləcək hansısa bir təhlükəyə gəldikdə isə bu analizlər reallığı əks etdirmir. Hazırda İranda vəziyyət stabildir və Qərblə münasibətlər yüksələn xətlə inkişaf etdirilir. Yəni İran artıq Qərbə olan marağını gizlətmir. İranın İraq müharibəsində iştirakına gəldikdə isə bu, 10 ildir var. Hesab edirəm ki, İraqdakı müharibə vəziyyəti və İranın bu müharibədə iştirakı indiyə qədər necə təsirsiz ötüşübsə, bundan sonra heç nə dəyişməyəcək”.

Rasim Ağayev Naxçıvanda üçtərəfli əməkdaşlıq nəticəsində baş tutan nazirlərin bugünkü yekun görüşünə də münasibət bildirdi:

“Hesab edirəm ki, dövlət rəsmiləri nəinki İraq gərginliyini, bir çox məsələləri müzakirə ediblər. Bunun mahiyyəti də yəqin ki, yaxın zamanda öz nəticəsini bir çox məsələlərdə göstərəcək. Bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, belə bir görüşün baş tutması ölkəmiz üçün heç bir təhlükənin olmadığının bariz sübutudur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm