Niyə müharibə edirik?
Bizi izləyin

İqtisadi gündəm

Niyə müharibə edirik?

"Biz niyə müharibə edirik?”.

Publika.az-ın məlumatına görə, "New York Times" qəzeti bu sualın cavabını tapmağa çalışır.

Və soruşur ki, 100 il qabaq birinci dünya müharibəsi olanda hamı fikirləşirdi ki, bu müharibə ilə bütün müharibələrə son qoyulacaq. Ancaq o vaxtdan müharibələr davam edir. Ona görə sual yaranır ki, müharibə niyə olur?

Qəzet yazır ki, ta qədim vaxtlardan müharibələr mənfəət və resurslar uğrundadır. Romalılar Asiyaya hücum edəndə və ya ispanlar Amerikaya gələndə bütün dava qızıl və gümüşün üstündə idi.

Oxford iqtisadçısı Paul Collier Dünya Bankının sponsorluğu ilə xüsusi araşdırma aparıb. O göstərib ki, bütün kasıb ölkələrdə vətəndaş müharibəsinin səbəbi qarət oluna bilən təbii ehtiytaların, məsələn, almazın əl çatan olmasıdır.

Müasir müharibələr çox bahalıdır. İraq müharibəsi 1 trilyon dollara başa gəlib. Bu, İraqın Ümumi Daxili Məhsulundan dəfələrlə çoxdur.

Bəs müharibə niyə baş verir? Bir cavab odur ki, müasir liderlər düzgün hesablaya bilmirlər. Bunun da səbəbi odur ki, müharibənin nə vaxt başa çatacağını demək olmur. Vaxtilə Buş hökuməti İraqda Səddam Huseynin devrilməsinə və yeni hökumətin qurulmasına cəmi 50 milyard dollar, ən çoxu 60 milyard dollar gedəcəyini deyirdi.

Müharibənin başqa səbəbi liderlərin müharibədən siyasi mənfəət götürməsidir. Bu yaxınlarda "Harvard Business Review"də Justin Fox yazırdı ki, Ukrayna-Rusiya davasının kökləri ola bilsin ki, Rusiya iqtisadiyyatının inkişaf sürətinin azalmasındadır. Putinin hakimiyyəti dövründə Rusiya iqtisadiyyatı sürətlə artıb. Ancaq indi bu sürət xeyli azalıb. Putin hakimiyyətinə münaqişə lazımdır.

1982-ci ildə Argentinanın Folklend adalarına hücumu da hakimiyyətdə olan hərbi xuntanın ictimai diqqəti iqtisadi problemlərdən yayındırmaq məqsədi daşıyırdı.


Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm