• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Erməni nazir yenidən cəbhə xəttində

Erməni nazir yenidən cəbhə xəttində

Ermənistan millət vəkilləri və müdafiə naziri sərhəd kənd sakinləri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, Ermənistan Milli Məclisində təmsil olunan altı fraksiyanın üzvləri və müdafiə naziri Seyran Ohanyan Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd kəndlərin əhalisi ilə görüşüblər. Bu barədə BBC xəbər verir.

Ermənistan parlamenti Azərbaycanla həmsərhəd kənd sakinlərinə imtiyazlar təqdim etmək təklifilə hökumətə müraciət etməyə hazırlaşır. Parlament üzvləri Ermənistanın Tavuş vilayətinə baş çəkdikdən sonra bu qərara gəliblər.

"Jaranqutyun" ("İrs") fraksiyasının nümayəndəsi Ruben Hakobyan deyib ki, kənd sakinləri ilə söhbətlər nəticəsində onların bir sıra təklifləri qeydə alınıb və parlamentdə təmsil olunan altı siyasi qüvvə həmin təkliflər əsasında imtiyazlar paketini hazırlayaraq hökumətə təqdim etməyə hazırlaşırlar.

Bundan başqa, "Erməni Milli Konqresi" fraksiyasının üzvü Nikol Paşinyan Milli Məclisin gündəliyinə "Ermənistanın sərhədyanı icmaları haqqında" qanun layihəsini təqdim edib. Bu barədə millət vəkili öz Facebook səhifəsində məlumat verib.
Paşinyanın "iyul və avqust aylarında sərhəd bölgəsinə səfər və yerli əhali ilə müzakirələr nəticəsində" hazırladığı qanun layihəsi üzrə bu bölgə sakinləri üçün:
- elektrik enerjisi, qaz, içməli və suvarma suyunun ödənişlərinə 50 faiz güzəşt,
- torpaq və əmlak vergisindən azad olunması,
- atəşkəsin pozulması nəticəsində evsiz qalan əhalinin bir ay ərzində eyni ərazidə müvafiq yaşayış şəraitlərinin təmin olunması,
- atəşkəsin pozulması nəticəsində xəsarət alanların dövlət hesabına müalicə olunması nəzərdə tutulur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR